Accessibility links

Bu gün Ümumdünya Qaçqınlar günüdür


BMT-nin Qaçqınlar Agentliyinin təsis etdiyi Ümumdünya Qaçqınlar günü ümudləri gerçəkləşən milyonlarla insanın bayramıdır. BMT-nin Qaçqınlar Üzrə Agentliyinin hesanbatında deyilir ki, son 4 il ərzində 6 milyona yaxın qaçqın və məcburi köçkünə vətənlərinə qayıtmaq nəsib olmuşdur. Bu isə dünya miqyasında 8.4 milyon təşkil edən qaçqın sayınının son 26 ildə ən aşağı səviyyəsi deməkdir. Lakin sevindirici xəbərlərlə yanaşı, məyusedici faktlar hələ də qüvvədə qalır. BMT-nin qaçqınlar üzrə agentliyinin hesanbatında bildirilir ki, hazırda məcburi köçünlərin sayı öz vətənlərində artmaqddaır. Belə ki, vətəndaş müharibələri səbəbi ilə 25 milyon insan didərgin vəziyyətində yaşayır. Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarının müavini Vendi Çamberlynin dediyinə görə, öz vətənlərində qaçqına çevrilən insanların beynəlxalaq sərhədləri keçən qaçqınğarla müqayisədə müdafiəsini bərabər şəkildə həyata keçirmək mümkün deyil. Bu insanlar beynəxlaq yardımlar və diqqətlərdən kənarda qalır. Xanım Çamberleyn “Amerikanın səsi”nə müsahibəzi zamanı qaçqınların evlərinə qayıtmalarına yardım edilməsindən əlavə onları evlərində saxlamağın da vacibliyini vurğulayıb. Onun dediyinə görə, bu insanlara yenidənqruma və bərpa işlərində beynəxlaq ictimaiyyətin yardımı zəruridir.
XS
SM
MD
LG