Accessibility links

Əl-Qaidə yeni video-kaset yayımlayıb


Əl-Qaidə 2001-ci il sentyabrın 11-i terror aksiyalarını həyata keçirənlərin 20-ci olacağı şəxsin 2004-cü ildə Səudiyyə Ərəbistanının təhlükəsilzik qüvvələri tərəfindən qətlə yetirilən şəxs olduğunu təsdiq edib. Yeni video Fəvaz Əl-Naşimi adlı bu şəxsi nümayiş etdirib. 54 dəqiqəlik video-kaset “İntelcenter” şirkəti tərəfindən əldə edilib. Amerikanın əks-kəşfiyyat rəsmiləri kasetə münasibət bildirməkdən imtina ediblər. Kasetdə Əl-Naşimi Qərbə qarşı hücumlara bəraət qazandırmışdır. Video-kasetdə həmçinin, 2004-cü il Səudiyyə Ərəbistanının Xobar neft obyektinin ələ keçirilməsi də nümayiş etdirir. 25 saat sürən qarşıdurma zamanı əksəriyyəti əcnəbi olmaqla 22 adam həlak olmuşdu. Əl-Naşimi isə hadisədən bir ay sonra Səudiyyə qüvvələri ilə atışma zamanı öldürülmüşdü.
XS
SM
MD
LG