Accessibility links

ABŞ prezidentinin Vyana görüşü başa çatdı


Prezident Buş Vyanada Avropa liderilərilə bir günlük zirvə görüşünü başa çatdırdı. Zirvə görüşünün diqqət mərkəzində terrorizmə qarşı mübarizədə birgə səylər və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət oldu. Avropa Birliyinin nümayəndələri ABŞ-ın Kubadakı Quantanamo hərbi bazasındakı həbsxana ilə bağlı narahatlıqlarını prezident Buşa çatdırdılar. Prezident Buş Avropa Birliyinin lidelərinə Balkanlarda demokratiya quruculuğu kimi sahələrdə əməkdaşlığa görə, Avropa Birliyinin liderlərindən razılığını ifadə etdi. ABŞ prezidenti İraq kimi bəzi məsələlərdə əvvəllər mövcud olan fikir ayrılıqlarını qeyd etdi, lakin ölkənin yeni hökumətinin müvəffəqiyyət qazanacağına inandığını bildirdi. Prezident Buş qeyd etdi ki, dünya ölkələri İranı nüvə silahı istehal etməkdən çəkindirmək üçün vahid mövqedən çıxış edir. O bildirdi ki, hazırda İranın nüvə ambisiyalarından əl çəkməsi üçün diplomatik səylər göstərilir. Prezident Buş dedi ki, Birləşmiş Ştatlar İran uranın zənginləşdirilməsi proqramını dayandırdığı halda, beynəlxalq danışqlara qoşulmaq niyyətindədir. O deyib ki, İranın həvəsləndirici təkliflər paketinə avqust ayının sonunda cavab verməsi planı cavab üçün uzun bir vaxtdır. ABŞ prezidentinin sözlərinə görə, əlverişli bir razlığın təhlil edilməsi bu qədər vaxt aparmamalıdır. Avropalıların terrorizmə qarşı müharibədə daha yumşaq mövqe tutması üçün prezident Buşa təzyiq göstərəcəkləri gözlənilirdi. Vyanada minə yaxın insan prezident Buşun səfərinə etriaz olaraq nümayiş keçirmişdir.
XS
SM
MD
LG