Accessibility links

Buş Macarıstan inqilabının 50-ci ildönümü ilə bağlı mərasimlərə qatılıb


Birləşmiş Ştatların prezidenti Corc Buş 50 il öncə Sovet qoşunlarına qarşı çıxmış, lakin Qızıl Ordu tərəfindən darmadağın edilmiş macarların qonağı olduqdan sonra öz qısa Avropa turnesini başa vurub. Budapeştdə çıxış edən president deyib ki, Macar vətənpərvərləri diktaturaya və senzuraya son qoymağı, azad seçkilər keçirilməsini tələb edərək, imperiyaya qalib gəliblər. Lakin 12 gün sonra Moskva xüsusi qəddarlıqla inqilabın qarşısını alıb. Cənab Buş qeyd edib ki, 1980-ci illərin sonunda demokratiyanı bərpa edən Macarıstan NATO-nun önəmli üzvlərindən biridir. O, Macarıstanın Balkanlarda, Əfqanıstan və İraqda demokratiyanın qurulmasına yardım səylərini alqışlayıb.
XS
SM
MD
LG