Accessibility links

ABŞ prezidenti xərclərə veto qoyulması səlahiyyəti tələb edir


ABŞ prezidenti Corc Buş Senatdan lazımsız məsrəflərin ixtisarı üçün ona veto hüququ verməsini istəyib. Bu, prezidentə bəzi qanunların bir hissəsini rədd etmək səlahiyyəti verə bilər. Həftəlik radio müraciəti zamanı ABŞ prezidenti deyib ki, Senatın ona veto hüququ verməsi hədər xərclərin aradan qaldırılması, eyni zamanda sərfəli qanun layihələri irəli sürməsinə imkan yarada bilər. Corc Buş yeni bir təkliflə çıxış edib. Belə ki, Konqres prezidentə belə bir səlahiyyət verilməsi məsələsini səsə qoya bilər. Dünən Nümayəndələr Palatası artıq prezidentin veto hüququ ilə bağlı səsvermə keçirib.
XS
SM
MD
LG