Accessibility links

Sirs qülləsinin təhlükəsinə dair dəlil aşkar edilməyib


Çikaqo şəhər polisinin bildirdiyinə görə, Sirs qülləsinin təhlükədə oldğuna dair heç bir dəlil aşkar edilməyib. Çikaqo şəhər polis idarəsinin rəisi Fil Klinın bildirdiyinə görə, Sirs qülləsində heç bir partlayıcı qurğu aşkar edilməmişdir. Lakin o, istintaqın davam etdirildiyini bildirmişdir. Şübhəlilərin önündə gedən Çikaqonun yerli sakini Nerseal Batiste və digər 6 adam Sirs qülləsi, Federal Təhqiqiat Bürosunun beş şəhərdəki ofisləri də daxil edilməklə, digər bir neçə binaya qarşı terror aksiyaları cəhdində ittiham edilir. Babtiste dünən Florida ştatının Mayami şəhər məhkəməsi qarşısına çıxarılmışdı. Müttəhim özünü Əl-Qaidə üzvü kimi qələmə verən Federal Təhqiqiat Bürosu agentindən silah, uniforma, radio və 50000 dollar məbləğində vəsait istədiyini etiraf etmişdir. Bernante Amerika Birləşmiş Ştatlarına qarşı müqaddəs müharibə elan etmək niyyətində olduğu və bunun 2001-ci il sentyabrın 11-i terror aksiyaları qədər uğurlu və ya daha geniş olacağını demişdir. Müttəhimlərin dostlarından biri bu insanların təşkil etdiyi qrupun 19-cu əsrin əvvələrində fəaliyyətdə olan xristian, yəhudi və müsəlmanları özündə cəmləşdiriən təriqətlərə əsaslandığını deyib. Qeyd edək ki, şübhəlilərin 5-i Amerika vətəndaşıdır. Onlardan ikisi isə Haitindəndir. Onlardan biri daimi yaşayaış icazəsinə malikdir. Digəri is qeyri-qanuni mühacirdir.
XS
SM
MD
LG