Accessibility links

Əfqanıstanın cənubunda gedən döyüşlərdə 65 yaraqlının öldürüldüyü bildirilir


Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Əfqanıstanda gedən qızğın döyüşlər zamanı 65-ə qədər ekstremistin öldürüldüyünü bildirib. Bu günkü açıqlamada ABŞ rəsmiləri Əfqan və koalisiya qüvvələrinin ekstremistlərlə cümə günü gecə, Qəndəhar vilayətində qarşılaşdıqlarını deyib. Rəsmilərin sözlərinə görə, 3 saat sürən döyüş zamanı 25 yaraqlı öldürülüb. Açıqlamada o da bildirilir ki, yaraqlılar əfqan mülki əhalisindən canlı divar kimi istifadə edərək, yaxınlıqdakı kəndlərdə gizləniblər. Digər bir əməliyyat zamanı isə koalisya qüvvələrinin Uruzqan vilayətində 40 yaraqlını qətlə yetirdiyi xəbər verilir. Əfqanıstanın cənub vilayətlərində həyata keçirilən əməliyyatlarda Əfqan silahlı qüvvələri və koalisiyanın 10 minə qədər əsgəri iştirak edir.
XS
SM
MD
LG