Accessibility links

İsrail əsgərləri Qəzzaya daxil olaraq 2 nəfəri həbs edib


İsrail silahlı qüvvələri Qəzza zolağında fələstinlilərin yaşadığı evdə reyd keçirərək, yaraqlı olduqları şübhəsi ilə 2 nəfəri həbs ediblər. İsrail ordusu rəsmilərinin Assoşieyted Press agentliyinə verdiyi məlumata görə, reyd bu gün, cənubi Qəzzada iki Həmas üzvünün gələcəkdə İsrailə qarşı hücumlarının qarşısını almaq məqsədilə keçirilib. İsrail hərbi qüvvələri 38 illik işğaldan sonra ötən il Qəzza zolağından çıxarılıb. Lakin İsrail əsgərləri son ayda Qəzza zolağındakı yaraqlıların İsrail ərazisinə raket atma cəhdlərini dayandırmaq məqsədilə fələstinlilərin nəzarəti altında olan ərazidə bir neçə kiçik reyd həyata keçirib
XS
SM
MD
LG