Accessibility links

Şərqi Timorda hökumət böhranı


Şərqi Timorun hakim partiyası baş nazir Mari Alkatirini öz vəzifəsində saxlamaq qərarına gəlib. Bu arada ölkənin müdafiə və xarici işlər naziri rəhbərin siyasətinə etiraz əlaməti olaraq istefa verib. Freytlin partiyasının sədri bu gün deyib ki, Prezident Ksanama Qusmaonun və ictimaiyyətin tələblərinə baxmayaraq partiya cənab Alkatirini dəstəkləməkdə davam edəcək. Qeyd edək ki, baş nazir son iki ayda ölkəni bürümüş zorakılıq aktlarına görə günahlandırılır. O, həmçinin öz siyasi rəqiblərini susdurmaq məqsədilə mülki qoçu dəstələri saxlamaqda ittiham olunur.
XS
SM
MD
LG