Accessibility links

Yaponiya Şimali Koreyanı sanksiyalarla hədələyir


Yaponiyanın xarici işlər naziri bəyan edib ki, əgər Şimali Koreya havaya uzaq məsafəli raket buraxarsa, onda Tokyo sanksiyalara əl ata bilər. Taro Aso Yaponiyanın NHK televiziyasına verdiyi müsahibədə söyləyib ki, Tokyo Şimali Koreyaya pul ötürlməsini və gəmi nəqliyyatını dayandırmağa icazə verəcək qanunlar qəbul edib. O, əlavə edib ki, bu ölçülər BMT Təhlükəsizlik Şurasına istinad edilmədən götürülə bilər. Peyk vasitəsilə çəkilən şəkillər göstərir ki, Pxenyan ABŞ-ın bəzi ərazilərinə çata biləcək raket testinə hazırlaşır, lakin bunun yaxın zamanlarda həyata keçiriləcəyi aydın deyil. Bu arada Cənubi Koreyanın baş naziri Şimalı altı-tərəfli danışıqlar stolu arxasına qayıtmağa səsləyib.
XS
SM
MD
LG