Accessibility links

ABŞ-ın qərb ştatları güclü yağışlara məruz qalıb


Paytaxt Vaşinqton bölgəsinə yağan güclü yağışlar səbəbi ilə şəhər küçələri çayı xatırladıb. Meriland ştatının ictimai mərkəzində ilişib qalmış 40-a yaxın adam qayıqlarla daşınıb. 12 minə yaxın ev işıqsız qalıb. Magistral yollara daşqınlar ciddi ziyan vurub, dəmir yolları xətti yayarsız vəziyyətə düşüb. Filadelfiyada şiddətli ildırım səbəbi ilə elektrik enerjisi kəsilib. Yağışların həftənin sonundək davam edəcəyi proqnozlaşdırılıb.
XS
SM
MD
LG