Accessibility links

Çində pis xəbərlərə senzura qoyula bilər


Çin hökuməti fəlakətlər və social gərginlik haqqında icazəsiz məlumat yayan mətbuat orqanlarına minlərlə dollar cərimə nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir. Müşahidəçilərin fikincə, layihə qəbul edilərsə, bu, söz azadlığının daha çox məhdudlaşdırılmasına və ictimai sağlamlıq və təhlükəsizliyə pis təsir göstərə bilər. Çin qəzetlərinin bazar ertəsi yaydığı məlumata əsasən, təklif olunmuş qanun layihəsinə görə “ictimai təhlükəsizliyə” təsir göstərən “gözlənilməz hadisələr” barəsində hökumətin sanksiyası olmadan xəbər yaymaq yaxud yalan məlumat vermək 12 min dollara qədər cəriməyə səbəb ola bilər. “Sərhədsiz jurnalistlər” söz azadlığını müdafiə təşkilatının Asiya-Sakit Okean ölkələri üzrə bölməsinin rəhbəri Vinsent Brossel ehtiyat edir ki, qanun ictimai maraq kəsb edən mövzularda özünü-senzuranı artıra bilər. “Bu yeni layihə Çin hökumətinin beunəlxalq konfranslarda bəyan etdiklərinin tam əksidir. Onlar şəffaflığı təşviq etmək arzusunda oluqlarını deyirlər, bu layihə isə bunun tam əksidir”, deyə Brossel bildirib. Onun fikrincə, 2003-cü ildə SARS virusunun yayılmasında informasiya qıtlığının rolunu nəzərə alaraq, Çin mediası sağlamlıq və təhlükəsizlik mövzularında daha ürəkli məlumat yaymağa başlamışdı. Brossel deyir ki, “senzura insanların sağlamlığına birbaşa təhlükədir”. Çin hökuməti SARS virusu barədə informasiyanı gizlətdiyinə görə dünya ictimaiyyəti tərəfindən kəskin tənqid olunmuşdu. Həmin virusun qurbanlarının sayı dünya üzrə 800, Çində isə 349 olmuşdu.
XS
SM
MD
LG