Accessibility links

Putin ABŞ-ı yeni tərksilah müqaviləsi barədə danışıqlara çağırır


Rusiya prezidenti Vladimir Putin Vaşingtonu silahların azaldılması müqaviləsi ilə bağlı yeni danışıqlar başlamağa çağırıb. Cənab Putin deyib ki, o, şərti olaraq START adını almış və 2009-cu ildə vaxtı bitən Strateji Silahların İxtisarı Müqaviləsinı əvəz edəcək yeni paktın olmasını istəyir. Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında 1991-ci ildə imzalanmış müqavilə hər iki tərəfin strateji nüvə arsenalını əsaslı və sübut olunacaq şəkildə azaldılmasını tələb edirdi. Sovet İttifaqının parçalanmasından sonra Vaşinqton Rusiya və müqavilədə adı keçən silahlara malik digər üç keçmiş sovet respublikası ilə yenidən anlaşma imzalamışdı. Putin diplomatlarla bu gün keçirdiyi görüşdə müxtəlif mövzulara toxunub. Rusiya prezidenti İran ətrafında yaranmış böhranın təcrid yolu ilə deyil danıçıqlar vasitəsilə çözülə biləcəyini söyləyib. Onun sözlərinə görə, ultimatumlar yalnız danışıqları müşkülə salır.
XS
SM
MD
LG