Accessibility links

Xameneyi danışıqları “xeyirsiz” sayır


İranın ali ruhani lideri Əli Xamenei bildirib ki, İranın nüvə proqramı barədə Birləşmiş Ştatlarla müzakirələrin bir xeyri olmayacaq. O, İranın nüvə texnlogiyasına malik olma hüququ barədə heç kimlə danışıqlar aparmayacağını deyib. O bunu da qeyd edib ki, digər ölkələr İranın nüvə texnologiyasına malik olma hüququnu qəbul etdikləri təqdirdə, İran nüvə proqramına beynəlxalq nəzarəti qəbul edə bilər. ABŞ bildirmişdi ki, əgər Tehran uranın zəginləşdirilməsindən əl çəksə, o zaman rəsmi Vaşinqton Avropa Birliyi və İran arasındakı danışıqlara qoşula bilər. ABŞ rəsmiləri deyiblər ki , onlar hələ də İranın nüvə proqramı üzrə nümayəndəsi Əli Laricaninin Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Havyer Solanaya cavabını gözləyir.
XS
SM
MD
LG