Accessibility links

Yaponiyanın baş nazirinin Şimali Amerika turnesi


Yaponiyanın baş naziri Yuniçiro Koidzumi özünün Şimali Amerika turnesinə Niaqara şəlaləsini ziyarətdən başlayıb. Torontoya gəldikdən az sonra ABŞ-Kanada sərhəddindəki şəlaləyə gəzinti edən cənab Koidzumi məşhur şəlaləni sadəcə “gözəl” adlandırıb. Onun həmçinin kanadalı həmkarı Stiven Harperlə bu gün, Ottavada görüşü planlaşdırılıb. Cümə axşamı yapon liderinin president Buşla Ağ evdə görüşü nəzərdə tutulub. Corc Buş və Yuniçiro Koidzuminin Şimali Koreya tərəfindən ehtimal olunan uzaq mənzilli raket sınaqları və iqtisadi mövzuları, o cümlədən, Yaponiyanın Birləşmiş Ştatlardan mal əti idxalına qadağasını müzakirə edəcəyi gözlənilir. Vaşinqtondakı danışıqlardan sonra hər iki lider rok-n-rol əfsanəsi Elvis Preslinin yaşadığı Graceland Mansion-u ziyarət etmək üçün Birləşmiş Ştatların cənubundakı Memfis şəhərinə gedəcəklər. Cənab Koidzuminın Preslinin fanatı olması çoxdan bəllidir. Bu səfərin Koidzuminin baş nazir qismində Birləşmiş Ştatlara son səfəri ola bilər. Onun sentyabr ayında kabineti təhvil verməsi gözlənilir.
XS
SM
MD
LG