Accessibility links

Konqres üzvləri prezident Buşu səlahiyyətlərini aşmaqda günahlandırır


ABŞ Senatorları Prezident Buşun konstitusiyadan istifadə edərək öz səlahiyyətlərini artırmaq istiqamətində atdığı addımlardan narahatlıqlarını izhar ediblər. Bu həftə Senatda keçirilən dinləmələrdə başlıca müzakirə obyekti cənab Buşun Konqresin qəbul etdiyi qanunlara qoşma olaraq verdiyi imzalı bəyanatlar olub. Bu bəyanatlarla Prezident Konqresin qoyduğu hədəfin gerçəkləşməsinə mane ola bilər. Demokrat Senator Diana Faynstayn deyib ki, imzalı bəyanatlar Konqresin qəbul etdiyi qanunların effektini zəiflədir. Respublikaçı Senator Arlen Spekter isə bunun hakimiyyətin bölgüsü prinsipinə zidd olduğunu söyləyib. Belə ki, sözügedən prinsip hökumətin bir qanadının başqalarına hökmranlıq etməsinin qarşısını alaraq, səlahiyyətlərin aşılmasını çətinləşdirir. ABŞ Ədliyyə Departmentinin rəsmisi isə imzalı bəyanatların qanuniliyini müdafiə edib.
XS
SM
MD
LG