Accessibility links

Böyük səkkizlik İrandan aydın və birmənalı cavab gözləyir


Böyük səkkizliyə daxil olan ölkələrin xarici işlər nazirləri bu gün deyiblər ki, onlar İranın nüvə danışıqlarında iştirak edib-etməyəcəyi barədə “açıq və birmənalı” cavabını gələn həftə gözləyirlər. Bu gün Moskvada keçirilən görüş zamanı nazirlər İsrail və Fələstini Qəzza zolağında davam edən gərginliyi aşağı salmaq üçün lazımi tədbirləri həyata keçirməyə çağırıb. ABŞ dövlət katibi Kondoliza Rays fələstinli yaraqlıların İsrail hədəflərinə hücumları dayandırmasının, İsrailin isə davam edən hərbi əməliyatları saxlamasının vacibliyini qeyd edib. Diplomatlar Tehranın Qərb tərəfindən irəli sürülən danışıqlar təklifinə indiyə kimi cavab verməməsindən dolayı məyusluqlarını dilə gətiriblər. Səkkizlik nümayəndələri cavabın iyulun 5-də Avropa Birliyinin Xarici Siyasət İdarəısinin rəhbəri Havyer Solana və İranın nüvə danışıqlarında nümayəndəsi Əli Laricani arasında keçiriləcək görüş zamanı veriləcəyinə ümid etdiklərini deyiblər. Xatırladaq ki, Qərb dövlətləri İrana nüvə texnologioyalarını dayandırması müqabilində həvəsləndirici təkliflər paketi təqdim ediblər.
XS
SM
MD
LG