Accessibility links

Putin Türkiyə ilə əlaqələrin inkişafından razıdır


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Türkiyə ilə əlaqələrinin inkişafından razılığını bildirib Cənab Putinin bu gün Moskvada Türkiyənin Prezidenti Əhməd Necdət Sezərlə görüşü zamanı iki ölkənin iqtisadi əlaqələri və yeni enerji layihələri müzakirə olunub. Rusiya prezidenti iki ölkənin əlaqələrinin planlaşdırıldığı kimi inkişafından məmnunluğunu bildirib. Onların Rusiya və orta Asiya neftinin əlavə bir kəmərlə Türkiyəyə gətirilməsi barədə Türkiyənin təklifini, Kipr problemini və İranın nüvə proqramını müzakirə edəcəkləri gözlənilirdi.
XS
SM
MD
LG