Accessibility links

Amnesty İnternational İrandakı repressiyaları pisləyir


Bu günlərdə nüfuzlu Amnesty İnternational Təşkilatı İran hökumətini Babək qalasına yürüşünü dağıtmamağa və İranda yaşayan Azərbaycan Türklərinin hüquqlarına hörmət göstərməyə səsləmişdir. Hesabatda Amnesty İnternational iyunun 30-da ənənəvi olaraq Azərbaycan Türklərinin Babək qalasına yürüş edəcəyini xəbər verərək, İran hökumətini bu aksiyaya müdaxilə etməməyə çağırıb. Eyni zamanda, Amnesty İnternational təcili olaraq rəsmi Tehrandan Azərbaycan Türklərinin hüquqlarını tapdalamağa son qoymağı tələb edir. Hesabatda deyilir: İranın ən böyük etnik azlığı olan Azərbaycan Türkləri ümumi əhalinin 25-30 faizini təşkil edir və İranın şimal -qərb regionunda məskunlaşıb. Əksəriyyəti şiə olan Azərbaycan Türklərinin hüquqları başqa etnik və dini azlıqlar qədər tapdanmır. Belə ki, onlar ölkənin iqtisadiyyatında mühüm rol oynayırlar. Lakin son vaxtlarda Azərbaycan Türkləri özlərinin dini-mədəni hüquqlarını tələb etməyə başlamışlar. Öz dillərində məktəb və bir sıra başqa mədəni hüquqları tələb edən Azərbaycan Türkləri hər il mədəni muxtariyyat hərəkatlarını Babək qalasına yürüşlə qeyd edirlər. Onların arasında müəyyən azlıq Azərbaycanın İrandan tamamilə ayrılmasını və ya Azərbaycan Respublikası ilə birləşməsini arzulyaırlar. Azərbaycan muxtariyyatının fəallarını İran hökuməti şübhə ilə qarşılayır və onlar adətən pan-Türkizmdə ittiham olunurlar. Artıq 6 ildir ki, Azərbaycan Türkləri Bəzz qalasına yürüş etməyə başlayıblar. 9-cu əsr milli qəhrəmanı Babək Xürrəmidin ad gününü qeyd edərək hər il minlərlə adam ərəb istilasına qarşı vuruşmuş qəhrəmanın istehkamına toplaşırlar. Bu toplantılara İran hökuməti adəti üzrə repressiya ilə cavab verib. Təkcə 2005-ci ildə çoxlu sayda adam həbs edilmiş və onlardan ən azı 21-nə uzun həbs cəzaları kəsilmişdir. Ötən May ayında İran jurnalında Azərbaycan Türklərini təhqir edən karikaturanın ardınca Azərbaycanda etiraz aksiyaları vüsət aldı. Etiraz dalğası ilk öncə az sayda universitet tələblərinin nümayişi ilə Təbrizdə və Tehranda başladı. Sonradan Mayın 22-də Təbriz şəhərində nəhəng nümayiş keçirildi. Bu nümayişlərin əksəriyyəti dinc xarakter daşıyırdı. Lakin bəzilərində hökumət binaları və maşınlar yandırılıb. Azərbaycan Türkləri bu əməlləri Tehranın agentlərinin işi kimi qiymətləndirir, rəsmi Tehran isə Birləşmiş Ştatların bu nümayişlərin arxasında olduğunu iddia edir. Vaşinqton Tehranın ittihamını rədd edib. İran hökuməti Azərbaycanda keçirilən nümayişlərə ifrat zorla cavab verib. Amnesty internationala öldürülmüş 27 Azərbaycan Türkünün adı daxil olub. Bunlardan 7-si Təbrizdə, 14-ü isə rəsmən Naqadeh -- Azərbaycan Türklərinin isə Sulduz adlandırdığı şəhərdə qətlə yetirilib. Rəsmən Meshkin Şəhr, Azərbaycan Türklərinin isə Xoy adlandırdıqları şəhərdə 26 yaşlı Cəlil Abedi İranın xüsusi xidmət orqanınğn işçisi tərəfindən başının sol nahiyəsindən güllə ilə vurulub öldürülüb. İran hökuməti həkimlərə Cəlilin həyatını xilas etməyə icazə verməyib. Bundan əlavə, Cəlilin ailəsinə övladları üçün məsciddə mərasim keçirməyə imkan verilməmiş və yas məclisinə çox az sayda adam buraxılmışdır. İran hökuməti nümayişlərdə ümumən adam ölmədiyini israr etsə də, polis rəsmisi Mayın 29-da 4 adamın öldürüldüyünü və Sulduzda 43 nəfərin yaralandığını etiraf edib. Amnesty İnternational-da olan məlumata görə, yüzlərlə, bəlkə də minlərlə Azərbaycan Türkü həbs edilib. Təşkilata həbs olunanlardan 200-nün adı daxil olub. İyunun 23-də Şərqi Azərbaycanda Ədliyyə Nazirliyinin rəhbəri Höccətülislam Ağazadə Təbrizdə 330 adamın həbs olunduğunu xəbər verib və bunlardan 85-nin sonradan mühakimə olunacağını bildirib. Ağazadə tutulanları Bahilikdə, Tudə partiyasının üzvü olmaqda və ya İsrailin casusları olmaqda günahlandırır. Tutulanların bir qismi dindirilmək üçün İranın məşhur Evin həbsxanasına göndəriliblər. Onların bir neçəsinə işgəncə verilib ki, bunlardan biri rəsmən Parsabad, Azərbaycan Türklərinin isə Muğan adlandırıdığı şəhərin sakini Davud Məqamidir. Bu il Babək qalasına yürüşdən öncə İran təhlükəszilik qüvvələri kütləvi həbslər aparırlar. Ərdəbildə, Xoyda, Zəncanda bir neçə tanınmış Azərbaycan fəalları həbs olunmuşlar. Amnesty İnternational Təşkilatı sonda söz və yığıncaq azadlığını tələb edənlərin dərhal həbsdən buraxılmasına və Azərbaycan Türklərinin milli hüquqlarını tanımağa çağıran qətnamə ilə çıxış edib.
XS
SM
MD
LG