Accessibility links

Cənubi Azərbaycanda gərginlik davam edir


Dünən İranda azərbaycanlıların Bəzz qalasına yürüşünün qarşısı alındıqdan sonra yüzlərlə fəalın həbs olunduğu bildirilir. Yürüş iştirakçısı, Təbrizdə azərbaycan dilində çıxarılan, lakin rejim tərəfindən bağlanılan Yarpaq qəzetinin redaktoru Səid Muğanlı həbs olunanlar arasında qadınların da olduğunu bildirir.

Cənublu jurnalist həbsdə olanların vəziyyətinin kəskin durumda olduğunu da söylədi.

Səid Muğanlının sözlərinə görə, azərbaycanlıların hakim fars rejimi tərəfindən təhqir olunması karikatura qalmaqalından sonra da davam etməkdədir. Belə ki, bu yaxınlarda efirə gedən sosial reklam klipində fars polis yol hərəkəti qaydalarını pozan azərbaycanlını təhqir edir. Muğanlının fikrincə, bu cür hallar azərbaycanlıların heysiyyətinə toxunur.

Səid Muğanlı Amnesty İnternational-Beynəlxalq Amnistiya təşkilatının İranla bağlı açıqlamasını alqışladığını bildirdi. Xatırladaq ki, Beynəlxalq Amnistiyanın bəyanatında dinc etiraz aksiyaları zamanı yüzlərlə insanın yaralanması, bir neçə nəfərin qətlə yetirilməsi ilə nəticələnən polis zorakılığı, eləcə də yüzlərlə azərbaycanlıların həbsə atılması pislənilir. Eyni zamanda Amnesty İnternational təcili olaraq rəsmi Tehrandan Azərbaycan Türklərinin hüquqlarını tapdalamağa son qoymağı tələb edir.

XS
SM
MD
LG