Accessibility links

BMT Qəzza böhranı ilə bağlı təcili iclas keçirib


BMT Təhlükəsizlik Şurasında İsrailin Qəzzadakı hücumlarıyla bağlı təcili iclas keçirilib. Fələstinin BMT-dəki Müşahidə misiyasının başçısı Riyad Mansur Təhlükəsizlik Şurası qarşısında etdiyi çıxışında İsrailin hərbi əməliyyatlarını açıq təcavüz adlandırıb. O söyləyib ki, əvvəlcədən planlaşdırılmış hücumun məqsədi Fələstinlilərin birliyini pozmaqdır: “İsrailli əsqərin oğurlanmasından əvvəl, işğalçı Tel-Əviv Qəzzanın işğalı ilə əlaqədar hədə dolu bəyanatlar verirdi”. İsrailin BMT-dəki səfirinin müavini isə əməliyyat zamanı mülki əhaliyə zərər dəyməməsi üçün ölkəsinin əlindən gələni etdiyini deyib. Ancaq o xatırladıb ki, İsrail Qəzzadən geri çəkilmə qərarının səhv olduğunu düşünür.
XS
SM
MD
LG