Accessibility links

Superman qayıtdı


Bu həftə “Superman Returns”- Supermenin qayıdışı filminin premyerası oldu. Komediya janrında yazılmış əsərin qəhrəmanı olan super insanın yenidən böyük ekrana qaytması kino aləmində böyük canlanma yaradıb.

Filmin süjetinə nəzər salaq.

Supermen beş ildir görünmür. İndi o qayıdıb və qəzetin baş redaktoru Perri Ellis onu görmək istəyir. Harada olursa-olsun. “O kimdir, nə edir, insandır, yoxsa yox, missiyası nədir?” onun suallarının sonu yoxdur.

Son on ildir “Superman” filminin böyük ekrana yenidən qayıtması üçün bir sıra cəhdlər göstəilmişdi. Nəhayət, quruluşçu-rejissor Brayan Sinqer 1978-ci ildə Kristofer Rifin baş rolda çəkildiyi filmin əsas ideyasından kənara çıxmayaraq, “Supermenin qayıdışı”nı çəkir. “Mən supermenlər haqda filmələrdən çox şey öyrənmişəm. Burada məndən öncə mövcud və məndən sonra uzun ömür yaşayacaq bir tarix var.........buna görə də, “Superman” dünyasının mühafizi kimi mən bütün bunlara hörmət edib məsuliyyət daşıdığımı hiss edirəm. Eyni zamanda, mən bu obraza öz görüşlərimə uyğun bir xarakter verməyə çalışmışam, lakin yenidən nəsə icad etmək deyil, əvvəlkini gücləndirməyə çalışmışam.”

Sinqer Supermen rolunu ifa etmək üçün Ameirkanın orta-qərb ştatı olan Ayovadan çıxmış gənc, çox yaraşıqlı aktyor Brandon Rufu seçib. Ruf ilk dəfə çəkiliş zamanı vahimə içində olduğunu deyir. “İlk dəfə kostyumu geydikdə, hələ heç bir məşq etməmişdim, ssenarini oxumamışdım və obraz üzərində heç işləməişdim. Bir otaq dolusu kostyum dizayneri və başqlarının arasında durmuşdum və hamı mənə qiymət verirdi. Mən dedim ki, hələ işi görməmiş "bu, Supermendir, yoxsa yox" haqda hökm çıxarmağa çalışmayın. Lakin sonra obraz üzərində işlədikcə mən yoluma düşdüm və həqiqətən də bu obrazı yarada bildim.”

Filmdə Rufun qadın tərəf müqabili Keyt Bosvortdur. O, Pulitser mükafatı almış jurnalist Luis Leynin rolunu ifa edir. Luis iş yoldaşı Klarkın möcüzəli şəkildə yoxa çıxmış Supermen olduğunu başa düşmür. Klark sadəcə eynəyini çıxarıb və Luiz üçnü tanınmaz olub. Təbii Supermenin düşməni də super kalibrli olmalıdır və filmdə mənfi qəhrəman Leks Lutor rolunu Oskar mükafatı almış aktryor Kevin Speysi ifa edir. Yeni filmdə Supermen təkcə Amerika dəyərləri uğrunda deyil, bəşəri dəyərlər uğrunda mübazirə aparır və dünyanı xilas etmək missiyasını yerinə yetirir. “Superman Returns” kino-ekranlara iyun ayının 30-u çıxıb. Filmin artıq ən gəlirli filmlər sırasında birinci yerdədir. Onun həftə sonu nwmayişindən 27 milyon dollar əldə edilib.

XS
SM
MD
LG