Accessibility links

Israil üç şəhəri işğal edərək bufer zonası yaradıb


İsrailin öz ərazisinə raket zərbələrinin qarşı qarşısını almaq üçün Qəzza zolağına hücumu nəticəsində döyüşlər başlayıb.

Fələstinli şahidlər Beyt Lahiyə şəhəri yaxınlığında həlak olan 12 nəfərdən bir neçəsinin İsrailin hava hücumu nəticəsində öldüyünü deyib.

Bu gün İsrail tankları və qoşunları üç şəhəri ələ keçirərək öz mövqeləri ilə fələstinlilər arasında buffer zonası yaradıblar.

İsrailin müdafiə naziri bildirib ki, onun ölkəsinin qoşunları Fələstinlilərin raket zərbələri bitəndə tutulmuş əraziləri azad edəcək

XS
SM
MD
LG