Accessibility links

Tehran cavab verməyə tələsmir


Iranın nüvə proqramını dayandırmaq müqabilində danışıqlara başlaması barədə dünyanın lider ölkələri tərəfindən verilmiş təkliflərə Tehranın cavabını almaq üçüb beynəlxalq səylər davam edir. Rusiya prezidenti Vladimir Putin İnternet müsahibə zamanı İranın mümkün qədər tez cavab verməsinin vacibliyini, lakin hal-hazırda sanksiyaların tətbiqinə tərəfdar olmadığını deyib.

BMT Nüvə Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl Baradey deyib ki, İran beynəlxalq ictimaiyyətin səbrinin tükənmək üzrə olduğunu başa düşməlidir. İran rəsmiləri isə Avqusta qədər həvəsləndirici təkliflər paketinə cavab verməyəcəyini deyib.

XS
SM
MD
LG