Accessibility links

Birləşmiş Ştatlar Yaponiyaya kəşfiyyat qurğusu göndərib


Şimali Koreya yeddi raketi sınaqdan keçirdikdən bir neçə gün sonra, Birləşmiş Ştatlar Yaponiyaya bu növ raketləri məhv edə biləcək kəşfiyyat qurğusu göndərib.

Birləşmiş Ştatların ən müasir U.S.S Mustin sistemi bu gün Yaponiyanın Yokosuka hərbi bazasına çatıb. Hərbi ekspertlər deyirlər ki, bu izləyiçi raket sistemi, çərşənbə və cümə axşamı Şimali Koreyanın sınaqdan keçirdiyi raket sistemi fəsiləsindəndir. Lakin rəsmilərin sözlərinə görə, Amerikanın Yaponiyaya göndərdiyi U.S.S Mustin raket sistemi Şimali Koreyanın raket sınağına cavab mahiyyəti daşımır. Hazırkı anda Yokosuka hərbi bazasında Birləşmiş Ştatların 8 hərbi gəmisi var.

Bu arada Birləşmiş Ştatlar Dövlət Katibinin yardımçısı Christopher Hill deyib ki, onun ölkəsi və Cənubi Koreya Çinin Şimali Koreyanın nüvə programı ilə bağlı qeyri rəsmi altı tərəfli danışıqlar keçirilməsi təklifini dəstəkləyirlər. O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar bu danışıqlar çərçivəsində Şimali Koreya elçisi ilə görüşməyə hazırdır. Cənab Hill bu gün Seulda Cənubi Koreya həmkarı ilə Şimali Koreyanın raketlər sınağını müzakirə etmişdir.

Bu arada Birləşmiş Ştatlar, Britaniya və Fransa Tokionun BMT-nin Təhlükəsizlik Şurasına verdiyi Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsi təklifini dəstəklədiyini bildirib. Lakin BMT- Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya və Çin Şimali Koreyaya sanksiyaların tətbiqi məsələsinə veto qoya bilərlər. Onlar Təhlükəsizlik Şurasında sanksiyalar əvəzinə öhdəliksiz bəyanatın qəbul edilməsini üstün tuturlar.

XS
SM
MD
LG