Accessibility links

Daha dörd ABŞ əsgəri zorlama və qətllərdə günahlandırılır


ABŞ ordu rəsmilərinin dediyinə görə, Mart ayında Bağdadın cənubunda iraqlı ailəyə hücum zamanı zorlama və qətl kimi cinayətlər törətdiklərinə görə daha 4 ABŞ əsgəri məsuliyyətə cəlb olunub. Verilən xəbərə görə, həmin əsgərlər gənc iraqlı qadını zorlamaq və onun üç ailə üzvünü öldürmək ittihamı ilə məhkəməyə cəlb olunmuş, lakin məhkəmənin bəraət verdiyi zabit Ctiven Qrinlə işbirliyində günahlandırılırlar. 4 əsgərin martın 12-də Mahmudiyyə qəsəbəsində qadınları zorladığı və qətllər törətdiyi barədə son ittiham şənbə günü səslənib. Digər bir Amerikalı əsgər isə cinayəti bilib gizlətməkdə günahkar bilinir. İraqın baş naziri Nuri Əl Məliki cinayətlərin müstəqil şəkildə araşdırılmasına başlayıb.
XS
SM
MD
LG