Accessibility links

Sibirdəki təyyarə qəzasinda 120-dən artıq adam həlak olub


Bu gün səhər İrkutsk şəhərində yağışın islatdığı enmə zolağından sürüşüb çıxaraq beton barlya dəyib alışan sərnişin təyyarəsi qəzasında 120-dən artıq adamın öldüyü bildirilir. Rəsmilər Sibir Hava yollarının Aerobus tipli uçağının daha 60 sərnişinin sağ qaldığınıl bildirir. Enərkən qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinləri yanıq və başqa xəsarətlərdən yerli xəstəxanalarda müalicə alırlar. Sərnişinlərin arasında Moskvadan Baykal gölünə səyahətə çıxmış bir qrup uşaq da varmış. Ekspertlərin fikrincə, təyyarə əyləc işə düşərkən alışıb. Uçaqdakı qara qutular tapılıb və deşifrə olunmaq üçün Moskvaya göndərilib.
XS
SM
MD
LG