Accessibility links

Iraqda şiə-sünni davası başlayıb


İraq polisi bildirir ki, Şiə silahlıları Bağdadın Sünni məhəlləsində ən azı 42 adamı öldürdükdən sonra maşına qoyulmuş bombalarla Şiə məscidinə hücum edilib. Onlar xəbər verir ki, silahlılar saxta postlar quraraq Bağdadın Cihad məhəlləsi ilə hərəkət etmiş və adamların vəsiqələrini yoxladıqdan sonra Sünni adı daşıyan şəxsləri güllələmişlər. Bəzi Sünni liderləri bu qətliyama görə Mehdi ordusunu ittiham edirlər. Lakin radikal Şiə ruhanisi Moqtada əl Sədrin müşavirləri onlara yaxın Mehdi ordusunun bununla əlaqəli olmadığını israr edirlər. Şiə məscidinə edilən bomba hücumu nəticəsində 17 adam həlak olmuş, 38 nəfərsə yaralanmışdır. Başqa xəbərə əsasən, İraq hökumət qüvvələri Bağdadın Kadimiyyə məhəlləsinə reyd zamanı 9 qiyamçı öldürmüşlər.
XS
SM
MD
LG