Accessibility links

Iraqda sünnilər şiələri, şiələr sünniləri öldürür


İraq polisi Bağdadın sünnilər yaşayan rayonunda 7 nəfərin avtobusda güllələndiyini deyib. Bundan öncə şiələr yaşayan ərazidə maşına yerləşdirilmiş bomba 8 nəfərin həyatına son qoymuşdu. Avtobusdakı terror aktında ölənlər arasında 1 qadının da olduğu bildirilir. Avtomatlı şəxs bu cinayəti Sədrşəhr adlanan ərazidəki maçın partlayışından bir neçə saat sonra edib. Bu hücumlar bazaar günü 60 nəfərin ölümünə səbəb olan təriqət münaqişəsinin yeni dalğasıdır. Ağ ev bu terror aktlarını pisləyərək qətlləri qəbuledilməz adlandırıb. İraq baş naziri Nuri əl Məliki Kürd Milli Assambleyasında çıxış edərək, iraqlıları milli birlik hökuməti ətrafında birləşməyə çağırıb.
XS
SM
MD
LG