Accessibility links

İranın məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılacaq


Bu gün altı dövlətin xarici işlər nazirləri Parisdə bir araya gələrək İranın nüvə proqramı ilə bağlı yaranmış qarşıdurmanı müzakirə ediblər. Müzakirələr nəticəsində nazirlər İranın məsələsini BMT Təhlüksəzilik Şurası qarşısına çıxarmaq haqda razılığa gəliblər. Bu haqda ABŞ, Rusiya, Çin, Britaniya, Almaniya nümayəndləri ilə birgə danışıqlar aparan Fransa xarici işlər naziri məlumat verib. Onun dediyinə görə əgər İran əməkdaşlıqdan boyun qaçırsa, onda BMT Təhlüksəzilik Şurası həmin ölkə ilə bağlı qətnamə üzərində işləyəcək. İran indiyədək ona təqdim olunan təkliflər paketinə cavab verməkdən imtina edib.
XS
SM
MD
LG