Accessibility links

BTC əsas ixrac boru kəmərinin açılış mərasimi oldu


Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında Bakı-Tbilis-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Əhməd Nejdet Sezer və Mixail Saakaşvili iştirak etmişdir. 3.9 milyard ABŞ dollarına başa gələn kəmər vasitəsi ilə ötən ayyarımda Ceyhandan dünya bazarlarına 6 tanker yola salınıb. Hazırda kəmərin ixrac gücü gündə 300 min barreldir. 2008-ci ildə isə kəmər gündə 1 milyon barrel (ildə 60 milyon ton) neft nəql etməyə başlayacaq. Amerika Birləşmiş Ştatları 1768 km uzunluğu olan kəmərin inşasına güclü dəstək vermişdir. Belə ki, bu, Xəzər dənizi hövzəsi ölkələrinin Rusiyanın təsiri altından çıxması və qərbə yaxınlaşması strategiyasının bir hissəsidir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə salınmasının rekord səviyyəsinə yüksələn neft qiymətlərinə təsirinin güclü olacağı gözlənilmir.
XS
SM
MD
LG