Accessibility links

Kaliforniya yanğınsöndürənləri daha iki yanğına hazırlaşır


Kaliforniya yanğınsöndürənləri daha iki təbii yanğının olacağını ehtimal edir və vəziyyətin nəzarətdən çıxdığını deyir.

Ştatın cənubundakı San Bernardino Milli Meşə qoruğunda 19 hektar əraziyə yayılan yanğın dünən gecə saatlarına qədər davam edib. Yanğın Los Anceles şəhərinin 200 kilometrliyində Yukka vadisində 100-dən artıq binanı sıradan çıxarıb.

Yanğınsöndürənlər yalnız yanğının 20 faizini söndürməyə nail olublar. Onlar milli meşə qoruğunun içində daha 3 min hektardan artıq ərazidə yanğının ola biləcəyindən narahatdır. Rəsmilərin sözlərinə görə bu səhər odun 3 kilometr gerilədiyi müşahidə olunub.

Qubernator Arnold Şvartsneger yanğından əziyyət şəkən əhaliyə yardım səylərini daha yaxşı tənzimləmək üçün dünən San Bernardino qraflığında Fövqəladə Vəziyyət élan edib.

XS
SM
MD
LG