Accessibility links

İsrail Livanın obeyktlərinə yeni hücumlar edib


İsrailin hücumları nəticəsində 60-dan çox livanlının həlak olduğu bildirilir

Livan rəsmiləri bildirirlər ki, İsrailin hərbi təyyarələri bu gün də Beyrut Beynəlxalq hava livanını bombardman edib, beləliklə xarici ölkələrə olan bütün səfərlər dayandırılıb. Beyrutdan Dəməşqə gedən şüsə yolu da bombardman edilib.

Beyrutun ətrafındakı Hizbullah qrupunun baş qərargahına hücumu nəticəsində, yanacaq çənində partlayış baş verib.

Bu arada İsrail rəsmisi bildirib ki, bu gün Hizbullah yaraqlılarının atdığı 20 raket nəticəsində azı 11 nəfər bədən xəsarəti alıb. Vuruşmaların başlanmasından bəri sərhəd bölgəsində yaşayan on minlərlə yəhudi evini tərk edib.

Baş Nazir Ehud Olmert BMT-nin Baş Katibi Kofi Annana deyib ki, İsrail Hizbullah yaraqlılarının məhvi və Livan ordusunun Cənubi Livanda yerləşdirilməsinə qədər geniş miqyaslı hərbi əməliyyatını davam etdirəcək.

Livan rəsmiləri BMT-nin Təhlükəsizlik Şurasını təcili olaraq məntəqədə atəşkəs elan etməyə çağırıb. Onlar həmçinin bildirirlər ki, Hizbullah yaraqlılarının çərşənbə günü İsrailə qarşı həyata keçirdikləri hücumdan xəbərsiz idilər və əməliyyatı dəstəkləmirlər.

XS
SM
MD
LG