Accessibility links

İrandakı siyasi məhbusların ailələrinə təzyiqlər var


İranda dövlət quruluşuna qarşı fəaliyyətdə təqsirləndirilərək həbs olunmuş azərbaycanlı vəkil Saleh Kamraninin məhkəmə istintaqının bitməsinə qədər şərti azadlığa buraxılması üçün 60 milyon tümən, yəni təqribən 60 min dollar məbləğində girov tələb olunub. Vəkilin həyat yoldaşı Mina Kamrani bu məbləği təqdim etməyə hazır olduğunu bildirsə də cənab Kamranini azadlığa buraxmayıblar.

Mina Kamrani girov üçün məhkəmənin müəyyənləşdirdiyi məbləğin belə hallarda qanunən tələb olunan məbləğdən 5 dəfə artıq olduğunu deyir.

Özünə qarşı təzyiqlərin artdığını deyən Mina Kamrani, həyat yoldaşı Salehin azad olması üçün əlindən gələni etməyə hazır olduğunu bildirir. Onun sözlərinə görə, Saleh Kamranini ölkənin ən yaxşı vəkillərindən biri Yusuf Mollayi müdafiə etsə də, məhbusa hələ vəkili ilə görüşməyə icazə verməyiblər.

Mina xanım Saleh bəyin həbsdə olmasına baxmayaraq mənəvi durumunun yüksək olduğunu deyir.

15 gün bundan əvvəl həbs olunmuş Azərbaycan Evinin müdiri Həsən Rəşidinin xanımı Möhtərəm Məhəmmədi də həyat yoldaşı ilə məhbəsdə qısa görüş keçirdiyini deyib.

Möhtərəm xanım cənab Rəşidiyə qarşı irəli sürülən xarici qüvvələrlə əməkdaşlıq haqqında ittihamın tamamilə yalan olduğunu deyib.

XS
SM
MD
LG