Accessibility links

Avstraliya alimləri qeyri-adi heyvanların qalıqlarını aşkar etmişlər


Avstraliya alimləri yırtıcı kenquru və ağaca dırmaşan qədim timsahın qalıqlarını aşkar etmişlər. Bu qeyri-adi heyvanlar Avstraliya kontinentində 20 milyon il bundan əvvəl mövcud idi. Elmə məlum olmayan ən azı 20 bioloji növün qalıqları Avstraliyanın Quinsland ştatında tapılmışdır. Paleontoloqlar qeyri-adi tapıntıların bir qismini Quinsland ştatının şimal-qərbində yerləşən və qalıqların tapılması ilə tanınmış Riversley bölgəsində aşkar etmişlər. Diqər tapıntılar arasında alimlər qılınc dişli kenquru və “iblis ördəyi” adlandırıları nəhənq quş qalıqlarını tapmışlar. Tapılmış quşun 3 metr boyu və 400 kilograma yaxın çəkisi olduğu təxmin edilir.

Qazıntıları aparmış qrupa rəhbərlik edən professor Mayk Arçer deyir ki, bəzi qeyri-adi kəşvlər əldə olunub. Diğər tapıntılar arasında balalarını özləri ilə daşıyan kisəli şirlər və ağaclara dırmaşan timsahlar da olub. Paleontoloq Syu Hənd deyr ki, alimlər bəzi vahiməli heyvanların növlərini tapmışlar.

Avstraliyanın ucqar guşələrinin birində yerləşən Riversley dünyanın ən tanınmış qədim qalıqlar olan bölgələrindən biridir. Alimlər deyirlər ki, son tapıntılar Avstraliyanın unikal heyvanat aləminin tarixi barədə böyük bir açıqlamadır.

XS
SM
MD
LG