Accessibility links

Iran Yaxın Şərq münaqişəsinin tərəflərini atəşkəsə və məhbusların mübadiləsinə çağırır


İranın xarici işlər naziri Mənuçehr Mottəki İsrail və Livandakı Hizbullah milisi arasında son günlər başlanmış döyüşlərdə atəşkəsin élan olunmasına və hər iki tərəfdən olan məhbusların və əsirlərin dəyişdirilməsinə çağırıb.

Mottəki bu bəyanatı Dəməşqdə Suriyanın vitse prezidenti Faruk əl Şaraa ilə görüşdən sonra verib. İran və Suriyanın Hizbullahın əsas havadarları olduğu deyilir. Fransanın xarici işlər naziri Dominik de Villepin bu gün Beyrutda öz Livanlı həmkarı Fuad Siniora ilə görüşərək öz ölkəsinin Livan hökumətinə dəstəyini çatdırıb.

BMT-nin səfiri Vijay Nambiar Livanda apardığı danışıqlarda atəşkəsin əldə edilməsi istiqamətində ümidverici addımların atıldığını deyib. O, danışıqların nəticəsi olaraq İsrailə döyüşlərin kəsilməsi üçün bəzi konkret ideyalar apardığını deyib.

Bu gün Böyük Britaniyanın baş naziri Toni Bleyer beynəlxalq sülhməramlı qüvvələrin İsrail Livan sərhəddində yerləşdirilməsi təklifi ilə bir daha çıxış edib.

XS
SM
MD
LG