Accessibility links

Diskaveri fəza gəmisi yerə enib


Birləşmiş Ştatların Diskaveri fəza gəmisi uçuşunu müvəffəqiyyətlə başa çatdıraraq Floridadakı Kosmik mərkəzində yerə enib. Şattlın buludları və dumanı yararaq yerə yaxınlaşdığı zaman səmada göründüyü anı astronavtların ailələri və NASA əməkdaşları alqışlarla qarşılayıblar.

Diskaveri və 6 astronavt Beynəlxalq kosmik stansiyaya avadanlıq və yeni komanda üzvünü çatdırıblar. Uçuş zamanı komanda üzvləri şattlı təmir etmək üçün üç fəza gəzintisinə çıxıblar.

13 günlük uçuşun müvəffəqiyyətlə keçməsi ABŞ-ın kosmik agentliyi NASAnın 2003-cü il Kolumbiya şattlının qəzasından sonra problemlərin həll olunduğuna ümidlərini artırır. Kolumbiya fəza gəmisi Yerə qayıdarkən Texas üzərindən uçduğu zaman parşalanmış və içərisində olan 7 astronavt həlak olmuşdu.

NASA Beynəlxalq Kosmik Stansiyada quraşdırma işlərini başa çatdırmaq üçün daha 16 şattl missiyası yerinə yetirmək nityyətindədir. Növbəti uçuş Avqustun sonuna nəzərdə tutulub.

XS
SM
MD
LG