Accessibility links

Yaxın Şərqdə münaqişə dərinləşir


Artıq 7 gündür ki, İsrailin hərbi təyyarələri Livanı bombalamaqda davam edir. İsraildən alınan məlumatlara görə Hezbullahın bugünkü raket hücumları zamanı xəsarət alan olmayıb. Dünən isə Hayfaya edilən hücumlar nəticəsində azı beş nəfər israillinin yaralandığı xəbər verilmişdi.

Bu gün səhərdən İsrailin hərbi təyyarələrinin Beyrut yaxınlığındakı hərbi düşərgə də daxil edilməklə, Livanın bir-neçə mövqeyini hədəf aldığı bildirilir. Livanın hərbi rəsmilərinin bildirdiyinə görə hücum zamanı düşərgədə azı 10 əsgər qətlə yetirilmişdir.

XS
SM
MD
LG