Accessibility links

İndoneziyada zəlzələ yeni sunami təhlükəsi yaradıb


İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ Cakartadakı hündür binaları sarsıdıb və əhali arasında yeni sunaminin olacağı ilə bağlı panika doğurub. 6.2 bal gücündə zəlzələnin mərkəzi Sunda kanalında olub. Hələ ki, zəlzələdən əziyyət çəkənlərin sayı ilə bağlı heç bir məlumat verməyən ölkə rəsmiləri yeni sunaminin mümkün olduğunu, lakin hələ ki, bu proqnozların təsbit olunmadığını deyiblər. Zəlzələ panikaya düşmüş əhaılini Yavanın Pandaqaran sahilyanı zonasından pərən salıb.

İki gün bundan əvvəl zəlzələ nəticəsində baş verən sunaminin ən azı 531 adamın ölümünə səbəb olduğu bildirilir. 235 nəfər itkin düşüb, yüzlərlə indoneziyalı yaralanıb. 40 mindən artıq adam qaçqın düşüb, 20 min adam isə evakuasiya olunub.

XS
SM
MD
LG