Accessibility links

ABŞ hərbi gəmisi amerikalıların evakuasiyasına yardım edir


ABŞ hərbi dəniz qüvvələrinin kiçik bir dəstəsi son on illər ərzində ilk dəfə olaraq Beyrut sahillərinə yaxınlaşaraq ölkəni tərk edən minlərlə amerikalının evkuasiyasına yardım edib. 40 nəfərdən ibarət bu dəstə 300 amerikalılnın daşınmasını təmin edib.

İsraillə döyüşlər aparan Hizbullah qrupu Amerika Birləşmiş Ştatlarını düşmən elan edib. 1983-cü ildə 241 amerikalının ölümü ilə nəticələnən Beyrut hücumundan sonra Amerikanın hərbi qüvvələri ölkədən çıxarılmışdı. Livandan evakuasiya edilən 25 000 xarici vətəndaşın 8 000-ni amerikalılar təşkil edir. Qeyd edək ki, döyüşlər başlandığı vaxtdan etibarən 13 000 xarici ölkəni tərk edib. 150 şərnişini daşıyan ilk təyyarə artıq Baltimor-Vaşinqton hava limanına enmişdir.

XS
SM
MD
LG