Accessibility links

Livanda döyüşlər davam edir


İsrailin hərbi təyyarələri doqquzuncu gündür Livanda müxtəlif hədəfləri bombardman edir, ölkənin cənubunda isə İsrail ordusunun quru qüvvləri və Hizbullah yaraqlıları arasında ağır döyüşlər gedir. İsrail rəsmiləri 9 gündür davam edən hücumlar nəticəsində Hizbullahın silah arsenalının məhv edildiyinə inandıqlarını bildirirlər.

Hücumlar və döyüşlər nəticəsində İsrail üç əsgərin öldüyünü bildirirş. Döyüşlər nəticəsində sayı məlum olmayan Hizbullah yaraqlarılının yaralandığını deyilir. Livanın baş naziri Fuad Siniora çoxu mülki vətəndaş olmaqla, 300 livanlının həlak olduğunu, yarım milyon insanın İsrailin hərbi kampaniyası nəticəsində yerlərindən didərgin düşdüyünü deyib.

XS
SM
MD
LG