Accessibility links

Hindistanda qatar partlayışında əli olanlar həbs edilib


" hspace=2 src="/azerbaijani/images/ap_india_suspect_21jul06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Hindistan polisinin bildirdiyinə görə, bu ayın əvvəlində Mumbai şəhərində 200 nəfərin ölümü ilə nəticələnən qatar partlayışında əli olmaqda günahlandırılan üç nəfər həbs edilib.

Polis rəsmilərinin bildirdiyinə görə, həbs edilənlərdən ikisi ölkənin şərqindəki Bayhar ştatında, üçüncüsü isə Mumbai ətrafında ələ keçirilib. Yerli məhkəmə həbs edilən bu üç müsəlmanın 10 gün müddətində polisin nəzarəti altında olmasına göstəriş verib.

Qeyd edək ki, bunlar iyul ayının 11-də baş verən hücumdan sonra dünən və bu gün hadisə ilə əlaqədar ilk həbslərdir. Lakin terrorizmlə mübarizə briqadasının başçısı Raqhuvanşi bu hücumda daha çox adamın əli olduğunu bildirib və deyib ki, bu bomba hücumu daha çox oyunçunu özündə birləşdirən konspirasiyanın bir hissəsidir. O, eləcə də, Nepal və Banqladeşlə əlaqəsi olan həmin üç nəfərin birbaşa və ya digər yollarla Pakistanla əlaqəsi olduğunu deyir.

Qeyd edək ki, Pakistan bu hücumda əli olması ittihamlarını rədd edirək, hücumları qınamışdır.

XS
SM
MD
LG