Accessibility links

Washington Times: İranda milli azlıqlar baş qaldırır


Washington Times qəzetində dərc edilən məqalənin müəllifinin adı onun İranın şimal - şərq hissəsinə icazəsiz getdiyinə görə gizli saxlanılır. O, Urimiyyədəki qəbristanlıqda şəhərdə təhlükəsizlik qüvvələriylə baş verən toqquşmalarda həlak olanların məzarlarının diqqəti cəlb etmədiyini yazır.

Müxbirin bu məqalə üçün müsahibə apardığı şəxslər hökumətin təqiblərindən ehtiyyat etdiklərinə görə şəxsiyyətlərini gizlədiblər. Onun qəbristanlıqda söhbət etdiyi taksi sürücüsü Əli Azərbaycan Respublikasıyla birləşməyə tərəfdar olduğunu söyləyir və deyir ki, İran rejimi onlara hörmət etmir.

Məqalədə deyilir ki, Urmiyyənin azərbaycanlı və kürd əhalisi toqquşmaların baö verməsindən bir aydan çox müddət keçməsinə maxmayaraq, hələ də qəzəblidirlər və İrandan ayrılmaq istəyirlər.


İran rəsmiləri bir neçə gün davam edən nümayişlər zamanı dörd adamın həyatını itirdiyini desələr də müxbirin müsahibə apardığı iranlı azərbaycanlılar ölənlərin sayının bundan xeyli çox olduğunu söyləyiblər. Onlar eyni zamanda, Azərbaycan Respublikası ilə birləşmək arzularını bildiriblər.

Başqa bir sürüçü, Mustafa da farslar tərəfindən daim təhqir olunmaqdan şikayətlənib. O, televiziya proqramlarında Türklərin daimi olaraq ələ salındıqlarından narazılığını bildirib. Urumiyyədəki bir zavodun direktoru Fərrux deyir ki, İranın bu bölgəsində kəşfiyyat xidməti həmişə çox güclü olub. Ona görə ki, bura Türkiyə, İraq və Azərbaycan sərhəddinə yaxındır.

İran rəsmiləri də iğtişaşlara səbəb olan və azərbaycanlıları təhqir edən karikaturaların çap olunmasını təngid edib. İran prezidenti Mahmud Əhmədinejad bölgəyə səfəri zamanı düşmənlərin ölkənin birliyini pozmaq istəqiklərini deyib və Azərbaycanı İranın sonsuz xəzinəsi adlandırıb.

Washington Times yazır ki, azərbaycanlılar İranın güc strukturuna yaxşı inteqrasiya olublar. Məqalədə deyilir ki, onlar mərkəzi hökumət və yerli hökumətlərdə, maliyyə qurumlarında yaxşı vəzifələri tuturlar. Buna görə də Tehran iğtişaşlara olduqca ciddi yanaşıb.

XS
SM
MD
LG