Accessibility links

Əfqanıstanın Helmənd vilayəti Taliban döyüşçülərindən azad edilib


Bu yaxınlarda əfqan və koalisya qüvvələri Əfqanıstanın Helmənd vilayətindəki Gərmsir və Navai-Barakzayi qəsəbələrini Taliban döyüşçülərindən yenidən azad ediblər.

Birləşmiş Ştatlar hərbi qüvvələrinin sözçüsü Tom Kollins deyib ki, talibanlar bu qəsəbələri şiddətli vuruşmalardan sonra ələ keçirildiyinə inanmaq istəyərdi, ancaq bu belə deyil. Kollins bildirib ki, yaraqlılar əsasən Milli Əfqan polis qüvvələrinin kiçik hissələri ilə döyüşürlər və Əfqan hökumətinin həmin ərazilərdə nəzarəti güclü deyil.

2001-ci ildə Birləşmiş Ştatların başçılığı altındakı hərbi qüvvələr ekstremist Taliban rejimini hakimiyyətdən devirdilər. Bu yaxın həftələrdə 10 mindən çox əfqan və koalisiya qüvvələri Əfqanıstanın cənub bölgələrində yerləşdirilib. Hərbi əməliyyatlarda çoxu taliban yaraqlıları olmaqla 600-ə yaxın adam öldürülüb.

NATO-nun Əfqanıstanda təhlükəsizliyin bərqərar olunması istiqamətində səyləri artmaqdadlr. Bu ilin sonunadək Əfqanıstandakı 15 minə yaxın beynəlxalq təhlükəsizlik qüvvələrinə başçılığı NATO öz üzərinə götürəcək. Birləşmiş Ştatların ordu general-mayoru Robert Durbin deyir ki, Əfqan ordusunun üzərinə düşən vəzifələr artır. Əfqan ordusunda 30 min əsgər xidmət edir və onun tərkibinə hər ay minə yaxın çağırışçı cəlb olunur. General bildirib ki, Əfqan hökuməti ordusunun sayını çoxaltmaqla yanaşı milli polis qüvvəsini də təkmilləşdirəcəyinə söz verir.

XS
SM
MD
LG