Accessibility links

İsrailin quru və hava qüvvələri Livana qarşı hücumları artırıb


İsrail hərbi qüvvələri cənubi Livanda hərbi əməliyyatlar həyata keçirdikləri vaxt İsrailin hərbi təyyarələri də ölkənin bir sıra məntəqələrini bombardnman edib. Hizbullah İsrailin şimal bölgəsinə raketlər atmaqda davam edir. İsrail bildirib ki, dünən geçə hərbi təyyarələri Livanın müxtəlif bölgələrindəki 150 hədəfi bombardman edib.

Israilin quru qüvvələri də cənubi Livanın sərhəddi daxilində əməliyyatlar həyata keçirib. İsrailin hərbi qüvvələri və texnikası Livanın sərhədlərində toplaşıb. İsrail hərbi qərargah rəisi general-leytenant Dan Haluts deyib ki, İsrail terrorçu şəbəkəsinin kökönü məhv edəcək. Livan rəsmiləri isə bildirirlər ki, İsrailin hərbi təyyarələri Livanın şimal bölgədsindəki Fartqa və Terbol şəhərlərinin televiziya və mobil telefon ötürüçü stansiyalarını bombarman edib.

İsrailin bugünkü hücumu Livanın rabitə infrastrukturuna qarşı həyata keçirdiyi axırıncı əməliyyatdır. Cənubi Livanda İsrailin tank və zirehli maşınları sərhədi keçərək BMT müşahidəçilərinin postunu keçiblər. İsrail bildirir ki, təyyarələrin hücum edə bilmədikləri hədəfləri sıradan çıxartmaq üçün məhdud sayda piyada qüvvədən istifadə edir.

XS
SM
MD
LG