Accessibility links

BMT humanitar məsələlər üzrə nümayəndəsi İsrailin hücumlarını pisləyib


Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə nümayəndəsi Jan Egeland İsrailin Cənubi Beyrutda bombardmanlarının humanitar qanunların pozulması olduğunu deyib.

Hizbullahın qərar tutduğu, dağıdılmış əraziləri bu gün ziyarət edən Egeland bu qədər mülki əhalinin yaşadığı bir yerdə İsrailin hücumlarının aşırı olduğunu bildirib. Nümayəndənin sözlərinə görə, Livanda 500 mindən 1 milyona qədər əhalinin yardıma ehtiyacı var. O, humanitar faciəni dəf etmək üçün 100 milyon dollar təcili yardımın gərək olduğunu bildirib.

XS
SM
MD
LG