Accessibility links

Kondoliza Rays müharibəni dayandırmaq məqsədi ilə məntəqəyə yenidən səfər edib


Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays İsraillə Hizbullah arasındakı vuruşmaları dayandırmaq məqsədilə yenidən məntəqəyə səfər edib. Xanım Rays Malayziyada keçirilən regional təhlükəsizlik forumunda Livan böhranı barədə çıxış etmişdir. O, Malayziyadan İsrailə gəlmiş və özü ilə bir sıra təkliflər gətrirmişdir.

Dövlət katibi Qüdsdə İsrailin baş naziri Ehud Olmertlə görüşərək, onunla İsrail ilə Hizbullah arasındakı vuruşmaları dayandırmaq yollarını müzakirə edib. Bundan sonra o, Livan rəsmilərilə görüşməyi planlaşdırır. Xanım Rays Malayziyadan İsrailə uçuş zamanı müxbirlərə məsələnin çox müşkül olduğunu bildirib. Qeyd edək ki, xanım Rays bu həftənin əvvəllərində Beyrut və Qüdsə səfər etmişdi.

Cümə günü Cənubi Şərqi Asiya Dövlətlər Cəmiyyətinin forumunda iştirak edən Asiya dipliomatları İsraili və Hizbullahı aralarındakı vuruşmaları dərhal dyandırmağa çağırıblar. Xanım Rays Cənubi Şərqi Asiya Dövlətləri Cəmiyyətində etdiyi çıxışında Livanın humanitar vəziyyətinə görə narahatçılığını bildirib.

Prezident Buş deyir ki, xanım Rays səfəri zamanı bazar ertəsi Təhlükəsizlik Şurasında bufer zonası yaratmaq məqsədilə beynəlxalq qüvvələrin cənubi Livanda yerləşdirilməsi məsələsinin müzakirəyə çıxarılması istiqamətində iş aparacaq.

XS
SM
MD
LG