Accessibility links

Gürcüstan Kodori dərəsinə əlavə qüvvə yerləşdirib


Rusiya rəsmilərinin bildirdiyinə görə, Gürcüstanın səlahiyyətli nümayəndələri Abxaziyaya əlavə qüvvələr yerləşdirir. Rusiyanın xəbər agentlikləri hərbiçilərə istinadən bildirirlər ki, Gürcüstan Kodori dərəsinə 500 əsgərdən ibarət hərbi qüvvə və 50 zirehli maşın göndərib. Gürcüstan qüvvələri keçən həftə yerli yarı-hərbi birləşmənin lideri Emraz Kvitsianinin Gürcüstan hökumətini tanımadığını elan etməsi ilə yaranmış qarşıdurmanı yatırdıqdan sonra bölgəyə əlavə qüvvə yerləşdirir. Qeyd edək ki, Kodori dərəsi 1990-cı illərdən Abxaziyanın müstəqilliyini elan etməsindən sonra Gürcüstan hökumətinin nəzarəti altında olan yeganə ərazidir.
XS
SM
MD
LG