Accessibility links

Nuri Əl Maliki hökumətinə təzyiqlər artıb


Terroristlərin Bağdadın şimalında təhlükəsizlik qüvvələrinə qarşı hücumu nəticəsində 14 nəfər ölmüş, 40-a yaxın adam isə yaralanmışdır. Amerikanın Səsinin müxbiri Marqaret Beşir isə bildirir ki, İraqın İrbil şəhərindəki zorakılıqlara görə baş nazir Nuri Əl Maliki hökumətinə təzyiqləri artıb.

Yol kənarına yerləşdirilmiş bomba partlayışı İraq əsgərlərini Bağdaddan Mosula aparan avtobusun dağılması və əsgərlərin ölümü və yaralanmasına səbəb olmuşdur. Rəsmilər partlayışın Bağdaddan 250-km məsafədə yerləşən Beiji şəhəri yaxınlığında baş verdiyini deyirlər. Bununla yanaşı, şimal Mahmudiyə şəhərində maşın bombasının partylayışı nəticəsində bir polis işçisi daxil edilməklə, 7 nəfər qətlə yetirilmişdir. Eləcə də, çoxmillətli Kirkük şəhərində də yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində iki polis nəfəri ölmüşdür.

Təhlükəsizlik qüvvələrinin əsgərlərinin aylıq maaşlarını almaq üçün gəldiyi Bağdad bankı yaxınlığında baş verən partlayış nəticəsində mülki vətəndaşlar və əsgərlərin öldüyü və yaralandığı xəbər verilir.

Bir vaxtlar dəbdəbəli mağazaların yerləşdiyi ticarət mərkəzi olan Kərradə rayonu indi təriqətlərarası hücumlara səhnə olub. Xatırladaq ki, keçən həftənin cümə axşamı günü həmin məntəqədə baş verən bomba hücumu nəticəsində 31 nəfərin qətlə yetirilmiş, dünən isə silahlı şəxslər İraq-Amerika Ticarət Mərkəzinə hücum edərək 30 nəfəri girov götürmüşdü. Bütün bu hücumlar və girov hadisələrinə görə baş nazir Huri Əl Maliki hökuməti təndidlərə məruz qalıb.

XS
SM
MD
LG