Accessibility links

İranın Nəzarət Şurası Hizbullahın dəstəklənməsini istəyir


İranın nüfuzlu Nəzarət Şurasının sədri Ayətullah Əhməd Cənnəti müsəlman xalqlara müraciət edərək, İsrailə qarşı müharibədə Livanın Hizbullah yaraqlılarına yardım etmələrini istəyib. Bu gün İranın Tələbə Xəbər Agentinə müsahibə verən Ayətullah Əhməd Cənnəti dünya müsəlmanlarının Hizbullaha silah və maliyyə yardımı, habelə ona siyasi baxımdan dəstək vermələrini tələb edib. Qeyd edək ki, İsrail, Amerika və onun qərb müttəfiqləri İran və Suriyanı Hizbullahı hərbi təchizat və maliyyə yardımı ilə təmin etməkdə təqsirləndirir. İran isə şiə təriqətinə mənsub olan bu hərbi təşkilatı yalniz siyasi və mənəvi baxımdan dəstəklədiyini bildirir.
XS
SM
MD
LG